Xəbərlər
Füzuli Rayon Komitəsi üzvləri " Novruz 2026 " düşərgəsində iştrak etmişdir.
24/03/2026, 13:15

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən “Təhsil İstirahət Mərkəzində” ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün 21- 25 Mart tarixlərində təşkil olunmuş “Novruz 2026” adlı düşərgədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin üzvləri də iştrak etmişdir.
Düşərgə çox yüksək səviyyədə olmaqla yanaşı üzvlərin bayram günlərinin xoş və təkrar olunmaz əhval ruhiyədə olmalarına, onların mənəvi dəyərlərinin zənginləməsində mühüm təsiri olmuşdur.







