Xəbərlər
Füzuli rayonunda - Beynəlxalq Ana Dili Günü müəllim və şagirdlərlə qeyd olundu.

Füzuli rayonu Mirmehdi Xəzani adına musiqi tipli gimnazya və Füzuli rayon 59 nömrəli tam orta məktəblərində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə dair tədbir keçirilmişdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.








