“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda 20 Yanvar Şəhidlərinin əziz xatirəsi anıldı.

20/01/2026, 19:46
xeber1

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Sovet rejimi Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas almaq və ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxularaq "Zərbə" kod adı verilən hərbi müdaxiləsi nəticəsində 147 nəfəri öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilmiş və yüzlərlə insan itkin düşmüşdür. 20 Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış etmişdir.Füzuli rayonunda da 20 Yanvar Şəhidlərinin əziz xatirəsi ehtiramla anılmışdır. Xalq qanı ilə tarix yazmış 20 Yanvar Şəhidlərini heç bir zaman unutmayacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: