Xəbərlər
Füzuli rayonunda 31 mart soyqırımı qurbanlarının xatirəsi anıldı.
31/03/2026, 14:06

Füzuli rayonunda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi. Horadiz şəhərində soyqırım qurbanlarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış “31 Mart Soyqırım” adlı abidə kompleksi Füzuli RİH-nin başçısı Alı Alıyev və ETİHİ Füzuli Rayon Komitəsi, Şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edildi.Dəyirmi masa arxasında geniş çıxışlar olundu.







