Xəbərlər
Füzuli rayonunda Aprel Şəhidlərinin əziz xatirəsi anıldı.

Tariximizə qalibiyyət ruhu kimi yazılan Aprel döyüşlərinin başlamasından 10 il ötməkdədir. Məhz 2016-cı ilin aprel ayında torpaqlarımızı işğal altında saxlayan Ermənistanın növbəti təxribatına cavab olaraq başladılan əks-hücum əməliyyatı nəticədə Lələtəpə yüksəkliyi daxil olmaqla mühüm strateji yüksəkliklərin azad ediməsi ilə nəticəsini tapdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin düşmənə ard-arda sarsıdıcı zərbə endirməsi və cəbhə boyunca irəliləməsi isə gözünü belə açmağa imkan tapmayan düşmənin böyük itkilər verərək geriyə çəkilməsi, qaçması ilə başa çatdı və bütün torpaqlarımız işğaldan azad olundu.Allah bütün Şəhidlərimizə rəhmət eləsin.










