Xəbərlər
Füzuli rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olundu
06/03/2026, 21:47

Füzuli Rayonu İcra Hakimiyyəti başcısının iştrakı ilə Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir qeyd olundu. Tədbirdə ETİHİ Füzuli Rayon Komitəsinin üzvləri, Şəhid ailələri və rayonun digər ziyalıları təbrik olundular. Azərbaycan qadını vətən, millət və azadlıq uğrunda canından keçmiş Şəhidlərin, qazilərin anasıdır, təhsilin, təlim və tərbiyyənin formalaşmasında böyük fədakarlıqları olan müəllimlərdir, müharibə zamanı yaralı əsgərlərin şəfası üçün gecə gündüz xidmətdə olan həkimlərdir, milli-mənəvi dəyərlərimizi qoruyaraq gələcək nəsilə çatdıran qadınlarımızdır. Bayramınız mübarək olsun Azərbaycan qadınları.




