“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda "Böyük Qayıdış" adlı konfrans keçirilmişdir.

24/12/2025, 11:55
xeber1

Qərbi Azərbaycan İcmasının Füzuli rayon nümayəndəliyi tərəfindən təşkil edilmiş konfransda nümayəndə sədri, Füzuli rayon İcra Hakimiyyəti əməkdaşları və bir sıra ümumtəhsil müəssisə rəhbərləri iştrak etmişdirlər. Qərbi Azərbaycandan, yəni indiki Ermənistan adlandırılan ərazidən didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək məsələsini qarşıya qoyan Qərbi Azərbaycan İcması həm də o yerlərdəki tarixi mədəni abidələrin, məhəllələrin taleyi ilə maraqlanır, vaxtilə elindən-obasından zorla köçürülmüş, deportasiyaya məruz qalmış ailələrin nümayəndələri, ən nəhayət, varisləri ilə görüşür, tarixin gizli və qaranlıq səhifələrinə işıq salır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: