Xəbərlər
Füzuli rayonunda “Hüquq müdafiəçiləri klubu” adlı qrant layihəsi təqdim olunmuşdur.
13/03/2026, 16:26

Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Məstalıyeva Ləman Yaqub qızı tərəfindən təqdim olunan “Hüquq müdafiəçiləri klubu” adlı qrant layihəsi çərçivəsində şagirdlərin hüquqi biliklərinin artırılması məqsədilə müxtəlif maarifləndirici fəaliyyətlər təşkil olunmuş, keçirilən maraqlı fəaliyyətlərdən biri də məhkəmə simulyasiyası olmuşdur. Bu fəaliyyət zamanı klubun fəal üzvləri hakim, vəkil, iddiaçı və cavabdeh rollarında çıxış edərək məhkəmə prosesini canlandırmış və hüquqi biliklərini praktik şəkildə nümayiş etdirmişdirlər.




