“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda Azərbaycanın Milli Qəhrəmanı Nazim Quliyevin əziz xatirəsi anılmışdır.

09/01/2026, 17:23
xeber1

Azərbaycannın Milli Qəhrəmanı Nazim Quliyevin xatirəsi Füzuli Rayon Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda anıldı. Anım mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının nümayəndələri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Füzuli rayon Komitəsi heyəti, şəhid ailələri, qazilər, ziyalılar və gənclər iştirak etdilər. Milli Qəhrəman, "Birinci Qarabağ müharibəsi" şəhidi Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuş və 1992-ci ildə Füzuli rayonunun Kovşad kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 27 yaşında şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ölümündən sonra adının əbədiləşdirilməsi məqsədilə Beyləqan rayonunun Örənqala qəsəbə tam orta məktəbi və Füzuli rayonunun Yağlıvənd kənd tam orta məktəbinə adı verilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: