“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda "Qayıdışa hazır olaq: Məktəblilərdə sosial sahibkarlıq bacarıqlarının inkişafı" kitabının təqdimatı oldu.

28/07/2026, 15:39
xeber1

Füzuli rayonun Qayıdış qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Təranə Əli qızının müəllifi olduğu "Qayıdışa hazır olaq: Məktəblilərdə sosial sahibkarlıq bacarıqlarının inkişafı" kitabı Böyük Qayıdış ərəfəsində gənc nəslin sosial-iqtisadi həyata inteqrasiyasını, onların innovativ düşüncə tərzi və yüksək sosial məsuliyyət ruhunda tərbiyə olunmasını hədəfləyən konseptual və tətbiqi vəsaitdir. Nəşr, məktəblilərin yalnız nəzəri biliklərə deyil, cəmiyyət üçün faydalı dəyər yaradan, sosial problemlərə innovativ həllər təklif edən və yerli təşəbbüsləri irəli sürən fərdlər kimi yetişməsinə xidmət edir. Əsas Məqsəd: Şagirdlərdə yalnız biznes təfəkkürünü deyil, eyni zamanda öz icmasının inkişafına töhfə vermək məsuliyyətini, kritik düşüncəni və sosial təşəbbüskarlığı formalaşdırmaqdır

Gallery Image

Sosial şəbəkələrdə paylaş: