Xəbərlər
Füzuli rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaşıllaşdırma aksiyası keçirildi.
20/02/2026, 16:36

Keçirilən aksiyada Horadiz-Bakı avtomobil yolunun 1 nömrəli Qayıdış qəsəbəsi ərazisində 0,08 hektar ərazidə 220 ədəd qızılgül kolu, 50 ədəd həmişəyaşıl kol və Böyük Bəhmənli kəndi ərazisində 0,06 hektar ərazidə 200 ədəd qızılgül kolu əkilmişdir. Yeni əkilən gül kolları suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib. Bu təşəbbüs, rayonumuzda yaşıllaşdırma, abadlıq və təmizlik işlərinin davam edəcəyinə dair böyük bir addımdır və Füzuli rayonunun gözəlləşməsinə töhfə verəcəkdir.





