“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində “Hüquq Müdafiəçiləri Klubu” layihəsinə dair tədbiri keçirildi.

11/06/2026, 15:49
xeber1

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Hüquq Müdafiəçiləri Klubu” layihəsinin bağlanış tədbiri uğurla baş tutdu.

6 ay davam edən layihə müddətində 9, 10 və 11-ci siniflərdən olan 30 şagird fəal iştirak edərək hüquq sahəsində bilik və bacarıqlarını inkişaf etdirdilər. Layihə çərçivəsində iştirakçılar üçün seminarlar, maarifləndirici görüşlər, viktorinalar və məhkəmə simulyasiyaları təşkil olundu.

Bağlanış tədbirində layihə iştirakçıları əldə etdikləri bilik və təcrübələri bölüşdülər, valideynlər və qonaqlar layihənin gənclərin hüquqi maariflənməsinə verdiyi töhfələri yüksək qiymətləndirdilər. Tədbir zamanı fəal iştirakçılar sertifikatlarla təltif olundular.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: