“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda təhsilə dair IX qrant müsabiqəsinin təqdimatı oldu.

15/12/2025, 18:07
xeber1

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi kateqoriya qalibi Füzuli rayonu Qayıdış qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Məhərrəmova Təranə Əli qızı layihənin açılışını etdi. Açılışda rayon ziyalıları, icra nümayəndələri və məktəb kollektivi iştirak etdilər. Layihə “Qayıdışa hazır olaq və şagirdlərdə sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” adlanır. Layihə qalibi bu mövzunun hal-hazırki aktuallığı ilə yanaşı bu istiqamətdə şagirdlərdə peşələrə motivasiya yaranacağını və layihənin uğurlu olacağını xüsusi qeyd etdi.

Təranə Məhərrəmovanın “Böyük qayıdış və mina təhlükəsizliyi “nominasiyası üzrə V qrant layihəsi də 2021-ci ildə qalib olmuşdur.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: