“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda Ümumdünya Əməyin Mühafizəsi Gününə dair tədbir keçirildi.

27/04/2026, 17:21
xeber1

Hər il aprel ayının 28-də Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən əməyin mühafizəsi və sağlamlığı ilə bağlı müxtəlif mövzulara diqqət yetirərək Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir. Elm və Təhsil İşçiləri Füzuli Rayon Komitəsinin təşkilatçılığı ilə Füzuli rayonu Horadiz şəhər 2 N-li körpələr evi-uşaq bağçasında və Füzuli rayonu 59 N-li tam orta ümumtəhsil məktəbində əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinə dair tədbir keçirilmişdir. Tədbir zamanı işçilərlə qarşılıqlı müzakirələr aparılmış, onların təklifləri dəyərləndirilmiş və sualları cavablandırılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: