“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda uşaqların sağlam gələcəyinə dair tədbir keçirildi

24/04/2026, 13:23
xeber1

Füzuli rayonunda Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam gələcək naminə uşaqların düzgün və balanslı qidalanması, hərtərəfli inkişafı, hüquq və azadlıqlarının qorunması” adlı tədbir keçirildi. Tədbirdə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvüləri, AQTA-nın Qarabağ regional bölməsinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının rəhbərləri və aidiyyəti şəxslər iştirak etdilər.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət-uşaq siyasətindən və bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı. Tədbirin əsas məqsədi uşaqların sağlam inkişafının təmin olunması, onların hüquqlarının qorunması və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasıdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: