“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Füzuli rayonunda ”Xocalı faciəsini unutmadıq” adlı tədbir keçirildi.

25/02/2026, 17:57
xeber1

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş ”Xocalı faciəsini unutmadıq” adlı dəyirmi masa keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, hazırda bu istiqamətdə ölkə rəhbərliyi və Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğuladı. Alı Alıyev, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın, eləcədə Xocalının işğaldan azad edilməsinin, bu gün Xocalıya xocalıların qayıtmasının xalqımız üçün böyük təsəlli və qürur mənbəyi olduğunu bir daha diqqətə çatdırdı.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: