Xəbərlər
FİZİKA İNSTİTUTUNDA NARKOMANİYAYA QARŞI MÜBARİZƏ VƏ SAĞLAM HƏYAT TƏRZİNİN TƏBLİĞİ MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB.

15 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” və sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun Həmkarlar Komitəsinin sədri, f.ü.f.d Sitarə Bağırova açıb. Sitarə Bağırova çıxışında əməkdaşlar arasında sağlam həyat tərzinin təşviqinin, sağlamlığın qorunmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsinin və bu istiqamətdə ictimai məsuliyyətin artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra söz institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədova verilib.
Əli Məmmədov çıxışı zamanı gənclər arasında sağlam həyat tərzinin təbliğinin, narkomaniyanın fəsadları barədə məlumatlılığın artırılmasının və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyətinə diqqət çəkib. O, gənc nəslin sağlam, fəal və məsuliyyətli vətəndaşlar kimi formalaşmasında maarifləndirmə tədbirlərinin mühüm rol oynadığını qeyd edib.
Çıxışlar zamanı narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələr, narkotik vasitələrin insan sağlamlığına və sosial həyata mənfi təsirləri, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, narkomaniya ilə mübarizədə maarifləndirmə işlərinin aparılması, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin qarşısının alınması mühüm əhəmiyyət daşıyır.
Tədbirdə vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə cəmiyyətin bütün üzvlərinin birgə səylərini tələb edən mühüm sosial məsələlərdəndir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin davamlı aparılması xüsusi əhəmiyyət kəsb edir.







