Xəbərlər
GDU-da təşkil olunan Dövlət Əmək Müfəttişliyi xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin “Əməyin mühafizəsi” mövzusunda keçirdiyi təlimdə iştirak etdik.

Təlimdə giriş sözü ilə çıxış edən rektorun baş müşaviri A.Cavadov əməyin təhlükəsizliyi baxımından bu istiqamətdə keçirilən təlimlərin əhəmiyyətindən danışdı. Universitet HİK-nin sədri A.Qasımova çıxış edərək bildirdi ki,əməyin təhlükəsizliyi məsələsi birbaşa HİK-nin fəaliyyətinin əsas istiqamətlərindəndir. Beləki, əməyin təhlükəsizliyi mövzusu HİK ilə universitet rəhbərliyi arasında bağlanan Kollektiv Müqqavilədə də öz əksini tapmışdır. Təlim zamanı Dövlət Əmək Müfəttişliyi xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin böyük mütəxəssisi Səbuhi Tahirov əməyin təhlükəsizliyi mövzusu haqqında ətraflı məlumat verdi və mövzu ilə bağlı 8 slayd nümayiş etdirildi. Sonda təlim iştirakçılarının suallarını cavablandırdı.







