“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

GDU-nun tələbəsi Fatimə Mehdiyeva İslam Həmrəyliyi Oyunlarında medal qazandı

19/11/2025, 11:40
xeber1

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.

Gəncə Dövlət Universitetinin tələbəsi də İslam Həmrəliyi Oyunlarında medal qazananlar sırasındadır. Belə ki, Pedaqoji fakültənin Məşqçilik ixtisasının 2-ci kurs tələbəsi, Fatimə Mehdiyeva 3-cü yerə layiq görülüb. Tələbəmiz Fatimə Mehdiyeva VI İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarışlarda bürünc medal qazanıb.

Qeyd edək ki, Fatimə Mehdiyeva 23, 29 noyabr 2025-ci il tarixlərdə Macarıstanda keçiriləcək Avropa Çempionatında Azərbaycan milli komandasında iştirak etmək hüququ qazanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: