Xəbərlər
GDU-da 20 SENTYABR – DÖVLƏT SUVERENLIYI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBIR KEÇIRILIB

Gəncə Dövlət Universitetində 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb.
Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova , Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, Sosial fənlər kafedrası baş müəllimi Üzeyir Balakişiyev, Coğrafiya kafedrasının baş müəllimi Arifə Əhmədli, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Ülviyyə Məmmədli çıxış edərək 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə suverenliyin tam bərpa olunduğunu vurğulayıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr edilən video çarx nümayiş etdirilib.








