Xəbərlər
GDU-da 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirildi.
GDU-nin HİK-nin təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirildi. HİK sədri Afaq Qasımova çıxış edərək layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu istiqamətdə görülən işlər və Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında məlumat verdi.Layiqli əmək gününün ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkatrlar Konfederasiyası tərəfindən irəli sürülməsini nəzərə çatdırdı. Onu da qeyd etdi ki, universitetimizdə ittifaq üzvlərinə yaradılan sağlam və təhlükəsiz əmək şəraiti, onların əmək haqqının vaxtlı-vaxtında verilməsi, məzuniyyət hüquqlarından istifadə və s.məsələlər hər zaman HİK-nin diqqət mərkəzində olub. Tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, millət vəkil Pərvin Kərimzadə, kimya - biologiya fakültəsinin dekanı prof.İsfəndiyar Alverdiyev,ekologiya kafedrasının müdiri prof. Sevda Əhmədova,kimya kafedrasının müdiri dos.Aynur Məmmədova və hüquqşünas Günay Şirinova mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər. Sonda layiqli əməklə bağlı müzakirələr aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib.



