“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

GDU-da Elmi Şuranın yeni tərkibində ilk dəfə 4 nəfər tələbə təmsil olunur

07/10/2025, 12:17
xeber1

Gəncə Dövlət Universitetində Elmi Şuranın yeni tərkibdə 2025/2026-cı tədris ilinə dair ilk iclası keçirilib.

Universitetin rektoru Yusif Yusibov açılış nitqi ilə çıxış edərək 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetin professor-müəllim heyətini təbrik edib, Elmi Şuranın yeni tərkibdə keçirilən ilk iclasının işinə uğurlar arzulayıb.

Daha sonra Elmi katib Seymur Meşaik GDU-nun Elmi Şurasının yeni tərkibini təqdim edib. O, tərkibdə ilk dəfə olaraq 4 nəfər tələbənin təmsil olunduğunu qeyd edib.

4 nəfər tələbə universitetin fərqli fakültələrini təmsil edir. Sevindirici halldır ki, seçilən tələbələr THİK-in üzvü və fəalıdır.

Sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının yekunu və 2025/2026-cı tədris ilində qarşıda duran vəzifələr haqqında Tədris Departamentinin direktoru Elturan Yusibovun, Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri barədə hesabata dair İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun ətraflı məruzəsi dinlənilib.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

Sosial şəbəkələrdə paylaş: