Xəbərlər
Gədəbəy ETİHİ tərəfindən 2 fevral Gənclər Günü münasibətilə gənc müəllimlərlə görüş keçirildi

Azərbaycan gəncliyinin bayramı olan 2 Fevral – Gənclər Günü münasibətilə Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində gənc müəllimlər və pedaqoji heyətlə bayram görüşü təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Gədəbəy ETİHİ-nin sədri Zakir Orucov çıxış edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından bəhs edib. Qeyd olunub ki, bu gün Azərbaycan gəncliyi həm döyüş meydanında, həm də elm-təhsil sahəsində öz sözünü qətiyyətlə deyir.
Görüş zamanı təhsil sahəsində fərqlənən gənc müəllimlərin fəaliyyəti yüksək qiymətləndirilib, onların müasir tədris metodlarının tətbiqindəki rolu vurğulanıb. Gənc müəllimlər fəxri fərmanla və müxtəlif hədiyyələrlə təltif olunub. Sonda gənc pedaqoqlara fəaliyyətlərində uğurlar arzulanıb və xatirə fotoları çəkdirilib.

















