Xəbərlər
Gədəbəy Peşə Liseyinin Tələbə Həmkarlar İttifaqı

📝Gədəbəy Peşə Liseyində təhsil alan 360 nəfər tələbə həmkarlar ittifaqına üzv olub
Gədəbəy Peşə liseyində tələbələrin iştirakı ilə iclas keçirilib. İclasda ETİHİ Gədəbəy Rayon Komitəsinin sədri Zakir Orucov, Liseyin direktoru Əlviz Gülməmmədov, ETİHİ Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova , sədrin müşaviri Natiq Zamanov iştirak edərək ETİHİ həmkarlar ittifaqının fəaliyyəti və görülmüş işlər barədə məlumat verilib, görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.
İttifaqın fəaliyyəti ilə tanış olan 400 nəfər tələbənin 360 nəfəri ETİHİ-yə üzv olmağa razılıq veriblər.Tədbirdə açıq səsvermə yolu ilə Gədəbəy Peşə Liseyində təhsil alan 400 tələbədən 360 nəfəri könüllü şəkildə həmkarlar ittifaqına üzv qəbul olunub. Daha sonra təşkilati məsələlərə baxılıb.
Ləman Nəsirova Gədəbəy Peşə Liseyinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib










