Xəbərlər
Gədəbəy Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Şuşa–Kəlbəcər istiqamətində ekskursiya təşkil olundu.
07/07/2026, 09:58

Gədəbəy Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Şuşa–Kəlbəcər istiqamətində ekskursiya təşkil olundu. Səfər iştirakçıların Vətənimizin zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olmalarına, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilinə və kollektiv həmrəyliyinin möhkəmləndirilməsinə töhfə verdi.










