“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gedəbəy rayonuna istirahət məqsədli səfər təşkil olundu

20/06/2026, 09:19
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin dəstəyi ilə Ağstafa şəhər 2 nömrəli körpələr evi–uşaq bağçasının əməkdaşları və Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin bir qrup ittifaq üzvləri üçün Gedəbəy rayonuna istirahət məqsədli səfər təşkil olundu. Səfərin əsas məqsədi həmkar üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji istirahətinin təmin edilməsi, eləcə də ölkəmizin gözəl guşələri ilə yaxından tanış olmalarına şərait yaratmaq olmuşdur.Səfər iştirakçıları özünün füsunkar təbiəti, saf havası, zəngin tarixi və turizm potensialı ilə seçilən Gedəbəy rayonunun bir sıra görməli məkanlarını ziyarət etmiş, rayonun təbii gözəllikləri ilə yaxından tanış oldular.

Gəzinti zamanı həmkarlar arasında səmimi ünsiyyət mühiti formalaşır,kollektiv münasibətlərin daha da möhkəmlənməsinə, əməkdaşlar arasında dostluq və həmrəylik əlaqələrinin güclənməsinə müsbət təsir göstərir. İştirakçılar bu cür səfərlərin onların iş fəaliyyətinə əlavə motivasiya verdiyini, mənəvi rahatlıqlarının təmin olunmasına və yeni enerji ilə fəaliyyətlərini davam etdirmələrinə kömək etdiyini vurğuladılar.

Səfərin sonunda iştirakçılar onlara göstərilən diqqət və qayğıya, yaradılan yüksək təşkilati şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, ETİHİ Ağstafa Rayon Komitəsi nə dərin minnətdarlıqlarını bildiriblər, bu cür təşəbbüslərin davamlı olmasını arzuladılar.

Həmkarlar İttifaqının üzvlərin sosial rifahının yaxşılaşdırılması, onların asudə vaxtının səmərəli təşkili və kollektiv həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bundan sonra da davam etdiriləcəkdir

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: