Xəbərlər
Gədəbəy rayonunda təhsil işçiləri üçün Novruz bayramına həsr olunmuş tədbir keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Gədəbəy rayon komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təhsil işçiləri arasında bayram tədbiri keçirilmişdir.
Tədbir milli-mənəvi dəyərlərimizə uyğun şəkildə təşkil olunmuş, Novruz ənənələrini əks etdirən proqram, musiqi müşayiəti və müxtəlif mədəni-əyləncəli hissələrlə davam etmişdir.
Keçirilən tədbirin əsas məqsədi təhsil işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, kollektiv ruhun gücləndirilməsi və bayram əhval-ruhiyyəsinin birgə paylaşılması olmuşdur.
Bu cür tədbirlərin təşkili əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin inkişafına və iş mühitinin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərir.
Novruz bayramınız mübarək!























