Xəbərlər
Gədəbəy Təhsil işçiləri arasında keçirilən şahmat yarışı
12/03/2026, 09:55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təhsil işçiləri arasında şahmat yarışı uğurla yekunlaşdı.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gədəbəy Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi Ulu Öndərin zəngin irsinin təbliği, təhsil işçiləri arasında intellektual mühitin gücləndirilməsi və sağlam rəqabət ruhunun təşviq edilməsi idi.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçmiş, iştirakçılar yüksək intellektual bacarıq və ustalıq nümayiş etdirmişlər.
Yarışın qalibi İmamquliyev Tural İmamqulu oğlunu və digər qalibləri ürəkdən təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

























