Xəbərlər
Gədəbəyə yaddaqalan səfər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Gədəbəyə yaddaqalan səfər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin fəaliyyət istiqamətlərindən biri də təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və kollektivlər arasında həmrəyliyin daha da möhkəmləndirilməsidir. Bu məqsədlə Komitənin təşkilatlarından olan Dağkəsəmən kənd 1 nömrəli körpələr evi–uşaq bağçasının və Qarahəsənli kənd körpələr evi–uşaq bağçasının kollektivləri Gədəbəy rayonuna maraqlı və yaddaqalan səfər etdilər.
Səfər iştirakçıları onlar üçün yaradılmış bu gözəl şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, həmkarlar ittifaqının təhsil işçilərinə göstərdiyi diqqət və qayğı hər zaman yüksək qiymətləndirilir. Onlar bu cür səfərlərin kollektivlərin sosial rifahının yaxşılaşdırılmasına, əməkdaşlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və iş fəaliyyətinə daha böyük ruh yüksəkliyi ilə qayıtmalarına mühüm töhfə verdiyini vurğuladılar.
Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtının səmərəli təşkili və onların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən bu cür layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.





