“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gələcəyə işıq tutan müəllim

28/09/2026, 15:10
xeber1

Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində 28 sentyabrdan başlanan 5 oktyabr — Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcəyə işıq tutan müəllim” adlı - kitab hədiyyə həftəsi 02 oktyabradək davam edəcək.

Hörmətli rektorumuz akad. Kamal Abdullanın hər zamankı kimi, bu təşəbbüsünün də məqsədi müəllim peşəsinə hörmət və ehtiramı ifadə etmək, müəllim və tələbələri pedaqoji fəaliyyət üçün faydalı ədəbiyyatla tanış etmək, təhsil mövzusunda mütaliəyə marağı artırmaqdır.

Hədiyyə kolleksiyasında müəllim əməyinin cəmiyyətdəki əhəmiyyətini, təhsilin inkişafında və gənc nəslin formalaşmasında pedaqoqların rolunu əks etdirən nəşrlər təqdim olunur. Pedaqogika, psixologiya, tədris metodikası və müasir təhsil yanaşmalarına dair kitablar kolleksiyasının əsas mövzu istiqamətlərini təşkil edir.

Müəllim yalnız bilik vermir, həm də düşünməyi, araşdırmağı və öyrənməyi öyrədir. Onun əməyi hər bir tələbənin uğurunda, qazandığı bacarıqlarda və gələcəyə inamında yaşayır.

Bütün müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, yaradıcılıq əzmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.

Müəllim və tələbələrimizi Kitab kolleksiyası ilə tanış olmağa dəvət etdiyi üçün "ADU Radio"nun təşkilatçılarına təşəkkürümüzü bildiririk

Sosial şəbəkələrdə paylaş: