“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gələcəyə nur saçmış bir müəllimin ömrü bu gün sona çatdı.

10/03/2026, 23:21
xeber1

Gələcəyə nur saçmış bir müəllimin ömrü bu gün sona çatdı.

Uzun illər təhsil sahəsində çalışaraq Baydarlı kənd tam orta ümumtəhsil məktəbinə rəhbərlik etmiş Əzizov Bədrəddin Əziz oğlu bu gün bizlərdən ayrıldı.

Bədrəddin müəllim yalnız bir məktəb rəhbəri deyil, gənc nəsli işıqlandıran, onların gələcəyinə ümid və bilik toxumu səpən bir ziyalı idi. Onun zəhmətkeşliyi, səmimiyyəti və müəllimliyə olan sonsuz sədaqəti hər bir şagirdin qəlbində iz buraxmış, hörmət və sevgi qazandırıb

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Qax rayon komitəsi mərhumun ailəsinə, doğmalarına və bütün təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin, ruhu şad, xatirəsi əbədi olsun.

Sosial şəbəkələrdə paylaş: