Xəbərlər
"Gələcəyimizi birlikdə düşünək" mövzusunda maarifləndirici görüş keçirilib
23/10/2026, 11:58

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Samux Rayon Komitəsinin üzv təşkilatı olan İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbində "Gələcəyimizi birlikdə düşünək-narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə məlumatlar verilib, gənclərin zərərli vərdişlərdən uzaq durmağa təşviq olunması barədə maarifləndirici fikirlər yuxarı sinif şagirdlərinin və gənc müəllimlərin diqqətinə çatdırılıb.








