Xəbərlər
Gələcəyin dil daşıyıcıları mövzusu üzrə qalib olmuş layihənin açılış mərasimində iştirak etdik.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseydə məktəbin məzunu olmuş qabaqcıl ingilis dili müəllimi Fidan Heydərovanın Elm və Təhsil Nazirliyi Təhsildə qrantlar IX qrant layihəsi çərçivəsində həyata keçirilmiş " Gələcəyin dil daşıyıcıları" mövzusu üzrə qalib olmuş layihənin açılış mərasimində iştirak etdik.
Tədbirdə DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəb kollektivi, layihədə iştirak edən şagirdlər və qonaqlar iştirak etdilər.
Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin direktoru Vasif Arifoğlu layihənin məqsədi və məramı haqqında iştirakçılara məlumat verdi.Layihənin rəhbəri Fidan Heydərova ingilis dilinin təbliği, gənclər arasında, xüsusən IX , X, XI sinif şagirdlərinin danışıq qaydalarına, dilin mənimsənilməsində nələri diqqətdə saxlamaları haqqında üsullardan ətraflı danışdı, layihədə iştirak edən şagirdləri iştirakçılara təqdim etdi.
Tədbirdə elektron tablolar və video materiallardan istifadə olundu. Layihənin açılışında iştirak edən qonaqlar öz fikirlərini bildirdilər və layihənin gedişinə uğurlar dilədilər.
Tədbirdə çıxış edən Rayon Komitəsinin sədri Hafiz,Kərimov mövzunun uğurlu seçildiyini və yuxarı sinif şagirdlərinin bu layihədən yetərincə bəhərlənəcəyinə əminliyini bildirdi. Sonda layihə rəhbəri ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.







