Xəbərlər
Gələcəyin mühəndislərinə möhtəşəm xəbər!

Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı və SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərəfdaşlığı ilə Mühəndislik fakültəsinin II və III kurs tələbələri üçün 9–11 fevral tarixlərində “Multidisiplinar Mühəndislik Qış Məktəbi” keçiriləcək.
Bu proqram sadəcə təlim deyil — təhsil, praktika və karyera imkanlarını bir araya gətirən unikal inkişaf platformasıdır.
Səni nələr gözləyir?
Multidisiplinar mühəndislik yanaşması əsasında müasir və tətbiqi biliklər
Real sənaye problemləri üzərində praktiki işlər
Sənaye müəssisələrinə ekskursiyalar və real iş mühiti ilə yaxından tanışlıq
Peşəkar mühəndislər və sənaye nümayəndələri ilə birbaşa ünsiyyət
Komanda işi, analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişafı
Proqramın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
Bu Qış Məktəbi təhsil ilə sənaye arasında güclü körpü yaradaraq səni real əmək bazarına hazırlayacaq.
Məkan: SDU Mühəndislik fakültəsi
Tarix: 9–11 fevral
Gələcəyin mühəndisi olmaq istəyirsənsə, bu fürsəti qaçırma!
Ətraflı məlumat:
www.karyera.sdu.edu.az



