“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənc əməkdaşlar təltif olunub

02/02/2026, 18:03
xeber1

ETİHİ Şəki Şəhər Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub. Bu münasibətilə idarənin və komitənin bir qrup gənc əməkdaşı təltif olunub.


ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək gənclərin təhsil sistemindəki rolundan bəhs edib, onların peşəkar inkişafına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Komitə sədri gənc əməkdaşları daim öz üzərlərində çalışmağa, bilik və bacarıqlarını artırmağa çağırıb.


Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova gənc əməkdaşları əlamətdar gün münasibətilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, prezidentin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı, təhsil alması və cəmiyyətin fəal üzvü kimi formalaşması üçün geniş imkanlar yaradıldığını,eyni zamanda bu siyasətin həyata keçirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.


Sonda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ETİHİ Şəki Şəhər Komitəsinin Fəxri Fərman və hədiyyələri gənc əməkdaşlara təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: