Xəbərlər
Gənc Həmkarlar Təşkilatı Sədrinin Fəaliyyəti

Ağcabədi Rayon R. Quliyev adına Taynaq kənd tam orta ümumtəhsil məktəbin Həmkarlar Təşkilatının sədri Həziyeva Gülnar Hikmət qızının fəaliyyəti, təhsil işçilərinin əmək və sosial hüquqlarının müdafiəsi, eləcə də onların asudə vaxtının səmərəli təşkilinə yönəlib.
Məktəb Həmkarlar Təşkilatı tərəfindən il ərzində həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlər, ekskursiyalar, istirahət səfərləri və sosial layihələr həyata keçirilir.
İl ərzində fəal həmkarlar ittifaqı üzvlərinin, qabaqcıl və nümunəvi əməkdaşların mükafatlandırılması və təltif olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Göstərdiyi səmərəli fəaliyyətə, kollektivə diqqət və qayğı ilə yanaşmasına, həmkarlar ittifaqı üzvlərinin maraqlarının qorunmasına verdiyi töhfələrə görə Gülnar müəllimə təşəkkür edir, Həmkarlar İttifaqının fəaliyyətində ona yeni uğurlar və nailiyyətlər arzulayırıq!










