“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənc ittifaq üzvlərimiz bir araya gəldi

02/02/2026, 16:09
xeber1


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində çalışan gənc həmkarlar ittifaqı üzvləri və ilk təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli açaraq iştirakçıları salamlayıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədə Rövşən İbrahimli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevə gənclərə göstərilən diqqət və qayğıya, bu istiqamətdə yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Təntənəli hissədən sonra tədbir daha şən və isti ovqatda davam edib. Azərbaycan milli mətbəxinin ləzzətli təamları, canlı musiqi və interaktiv oyunlar iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib.

Sual-cavab formatında keçirilən interaktiv hissədə fəallıq göstərən gənclərdən 4 nəfərə Fəxri fərman, 4 nəfərə isə xatirə hədiyyələri təqdim olunub.

Tədbir yüksək təşkilatçılıq səviyyəsində və xoş ovqatda başa çatıb.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: