“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənc ittifaq üzvü olan müəllimlərlə görüş keçirilib

20/10/2025, 19:38
xeber1

ETİHİ Qax Rayon Komitəsi tərəfindən yeni pedaqoji fəaliyyətə başlayan gənc ittifaq üzvü olan müəllimlərlə dəyirmi masa formatında görüş keçirilib.

Görüşdə ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva, Qax rayonu üzrə Təhsil Sektorunun müdiri Babək Heydərov, eləcə də ARTİ-nin səriştəli metodistləri – Qax rayonu Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin müəllimləri olan Tükəzaban Maqsudova və Etibar Babayev adına 4 nömrəli tam orta məktəbdə metodist fəaliyyəti göstərən Bəsti Rəşidova iştirak edib.

Tədbir zamanı gənc müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, onların həmkarlar ittifaqındakı rolu və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Gənc müəllimlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, belə görüşlərin pedaqoji fəaliyyətlərinin ilkin mərhələsində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: