Xəbərlər
Gənc müəllimlər və yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Samux Rayon Komitəsinin üzv təşkilatı olan Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində "Sağlam gənclik – sağlam gələcək" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə işinin aparılması və gənc nəslin fiziki-mənəvi cəhətdən sağlam yetişməsinə dəstək olmaqdır.
Görüşdə məktəb rəhbərliyi, ilk həmkarlar təşkilatının sədri, gənc müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edənlər sağlam həyat tərzinin gənclərin fiziki və mənəvi inkişafındakı rolundan, idmanın, düzgün qidalanmanın və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyətindən bəhs ediblər.






