Xəbərlər
Gənc müəllimlərin iştirakı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Bakı şəhərində fəaliyyət göstərən Ağdam təhsil müəssisələrinin 19 gənc müəllimi ilə görüş keçirildi. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxışlar zamanı gənc müəllimlərin təhsil sistemindəki rolu, şagirdlərin formalaşmasında göstərdikləri zəhmət və səmərəli fəaliyyəti xüsusi qeyd olundu. Tədbirin əsas məqsədinin gənc müəllimlərin əməyinin dəyərləndirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsi olduğu vurğulandı.
Bir qrup fəal müəllim təbrik edilərək fəxri fərmanlar və hədiyyələr ilə mükafatlandırıldı. İştirakçılara uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulandı.
Sonda iştirakçılar üçün çay süfrəsi ətrafında səmimi söhbət təşkil olundu və tədbir xoş əhval-ruhiyyə şəraitində başa çatdı.








