Xəbərlər
Gənc nəslin tərbiyəsində əməyi olan müəllimlər yubiley münasibətilə təltif edildilər

Astara şəhəri Şıxəli Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimləri Cəfərova Elza Novruz qızı, Əliyeva Vəsilə Kamal qızı və Rəhimov Zaur Sudeyf oğlunun yubiley yaşları münasibətilə tədbir keçirilmişdir.
Tədbir zamanı yubilyar müəllimlərin illər ərzində gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakar əmək, təhsilin inkişafına verdikləri dəyərli töhfələr və məktəbin ictimai həyatındakı nümunəvi fəaliyyətləri xüsusi vurğulanmışdır.
Sonda müəllimlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Əziz müəllimlərimizi yubileyləri münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür və şərəfli pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!






