Xəbərlər
Gənc nəslin vətənpərvər ruhda formalaşmasına verilən töhvə

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbin şagirdi, Vətən uğrunda canını fəda etmiş şəhid Ramiz Mustafayevin yadigarı Mustafayeva Mahnur Ramiz qızı nümunəvi davranışı, təhsilə və idmana olan məsuliyyətli yanaşması, həmçinin idman sahəsində qazandığı uğurlu nəticələrə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi tərəfindən Fəxri fərman və hədiyyə ilə təltif olunmuşdur.
Gənc nəslin vətənpərvər ruhda formalaşmasında, sağlam həyat tərzinin təbliğində və məktəbin ictimai həyatında fəal iştirakı ilə seçilən Mahnur Mustafayevanın bu mükafata layiq görülməsi onun gələcək uğurlarına verilən yüksək qiymət və etimadın bariz nümunəsidir.




