“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənc pedaqoq-yazıçı Selcan Ədalətin (Məmmədzadə) Kitabının təqdimatı oldu.

08/04/2026, 16:56
xeber1

təsi

Sponsored

·


Bu gün Sahib Qarayev adına Muradxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi gənc pedaqoq-yazıçı Selcan Ədalətin Kitabının təqdimatı oldu. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, şair- publisist Sərvaz Hüseynoğlu qeyd etdi ki, əsərdə roman içində dram, dram içində hekayə, hekayə içində esse, şeir, fəlsəfə və musiqi duyumunu özündə birləşdirən bütün janrlar bir aradadır! Bu hər qələm adamına müəssər olmayan ustalıqdır!.. Sonra Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar əsəri uğurlu bir ədəbiyyat nümunəsi kimi dəyərləndirib, sözü tədbir iştirakçılarına verdi. ETİHİ-nin İmişli rayon komitəsinin sədri Kərim Kərimov, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsiinsektorunun məsləhətçi Vüsal Bayramlı, müharibə veteranı, pedaqoq-rəssam Sərraf Ağayevgənc yazıçı-pedaqoqa uğurlar arzuladılar. Yazıçı-pedaqoq ETİHİ-nin İmişli rayon komitəsinin sədri Kərim Kərimov tərəfindən fəxri fərmana və qiymətli hədəyyə ilə mükafatlandırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: