“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənc peşəkar müəllimin iş prinsipi

24/07/2026, 21:00
xeber1

Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunun məsləhətçisi Əmirova Nərminə xanım öz peşəkarlığı, təmkini, bilik və bacarığı ilə çalışdığı kollektivdə dərin hörmət qazanan gənc təhsil işçilərindəndir. İki övlad anası olan Nərminə xanım məsuliyyətli fəaliyyəti ilə hər zaman seçilir.

14–18 iyun 2026-cı il tarixlərində Ağcabədi şəhəri M. Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində imtahan rəhbəri kimi üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirib.

Onun rəhbərliyi və təşkilatçılığı ilə imtahan prosesi bütün qaydalara uyğun, yüksək nizam-intizam, şəffaflıq və obyektivlik prinsipləri əsasında uğurla həyata keçirildi. Bu mühüm prosesdə əməyi olan bütün təşkilat komandasının fəaliyyəti xüsusi təqdirəlayiqdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından Ağcabədi rayon üzrə Təhsil Sektorunun bütün əməkdaşlarını, xüsusilə də Əmirova Nərminə xanımı məsuliyyətli və şərəfli fəaliyyətinə görə təbrik edir, gələcək işlərində yeni uğurlar arzulayırıq.

Ümid edirik ki, MİQ imtahanlarında iştirak edən hər bir namizəd üçün bu mərhələ uğurlu müəllimlik yolunun başlanğıcı olacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: