Xəbərlər
Gəncə Basketbol Klubu Azərbaycan Kubokunun qalibi oldu!
23/02/2026, 16:41

Bakı İdman Sarayında keçirilən basketbol üzrə Azərbaycan Kubokunun final mərhələsində Sabah BK ilə qarşılaşan Gəncə təmsilçisi möhtəşəm oyun nümayiş etdirdi.
Yüksək temp, gərgin mübarizə və böyük qələbə ruhu ilə yadda qalan final görüşü 89:82 hesabı ilə başa çatdı. Bu inamlı qələbə ilə Gəncə BK Azərbaycan Kubokuna sahib çıxdı və tarixində ikinci dəfə bu zirvəni fəth etdi.
Bu zəfər bir daha göstərdi ki, əzm, birlik və inam olanda qələbə qaçılmazdır.








