“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Göygöl Rayon Mədəniyyət Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

07/05/2026, 14:02
xeber1

Tədbirdə ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev də iştirak edib. Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, mədəniyyət işçilərinin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Ulu Öndərin zəngin dövlətçilik irsi, milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində gördüyü mühüm xidmətlər xüsusi vurğulanıb.

Tədbir iştirakçıları tərəfindən ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nümunələri təqdim olunub, Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: