“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər, Samux və Goranboy Rayon Komitələrinin birgə təşkilatçılığı ilə1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

01/06/2026, 22:14
xeber1

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Türkiyə və Gürcüstanın Gəncə şəhərindəki baş konsulları, digər rəsmi şəxslər, istedadlı şagirdlər, Gəncə uşaq evinin sakinləri, Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin bir qrup şagirdi iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov uşaqları bayram münasibətilə təbrik edərək onların xoşbəxt, sağlam və vətənpərvər ruhda böyümələrinin vacibliyini qeyd edib, dövlət tərəfindən uşaqların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov öz çıxışında uşaqları bayram münasibətilə təbrik edib, onların hərtərəfli inkişafının, keyfiyyətli təhsil almalarının və istedadlarının üzə çıxarılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, uşaqlara göstərilən diqqət və qayğı ölkənin gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında uşaqları bayram münasibətilə təbrik edərək onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və vətənə layiqli vətəndaş kimi yetişməsinin vacibliyini vurğulayıb. O, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sosial rifahının yaxşılaşdırılması və istedadlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən danışaraq, uşaqların xoşbəxt gələcəyinin cəmiyyətin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edib. Daha sonra Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli və 17 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri, Gəncə şəhər 38 nömrəli körpələr evi - uşaq bağçasının körpə fidanları, Gəncə şəhər Xəmsə Uşaq Rəqs Ansamblının və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub. Sonda balaca iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: