“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində kollektiv müqavilə imzalanıb

26/11/2025, 17:51
xeber1

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında imzalanmış kollektiv sazişə əsasən, əmək münasibətlərinin tənzimlənməsi və sosial tərəfdaşlığın gücləndirilməsi məqsədilə kollektiv müqavilələr imzalanıb. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müşaviri – baş katib Pərvanə İsmayılova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, eləcə də Gəncə şəhər, Göygöl rayon, Samux rayon, Daşkəsən rayon, Goranboy rayon və Naftalan şəhər komitələrinin sədrləri iştirak ediblər.

Tədbir zamanı kollektiv müqavilələrin:

Təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi,

İşçilərin sosial hüquqlarının müdafiəsi,

Həmkarlar ittifaqı ilə idarəetmə orqanları arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində əhəmiyyəti vurğulanıb.

GDRTİ müdiri Elçin Kərimov və Pərvanə İsmayılova çıxış edərək kollektiv müqavilələrin əhəmiyyətindən və təhsil sahəsində sosial dialoqun inkişafına töhfəsindən bəhs ediblər. Tədbirin sonunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə 6 komitə (4 rayon və 2 şəhər) arasında kollektiv müqavilələr imzalanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: