“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin rəhbərliyi bugün Gəncə şəhər 45 nömrəli xüsusi məktəbdə xüsusi təhsil alan uşaqlar üçün təşkil olunan bayram tədbirində iştirak ediblər.

26/12/2025, 15:18
xeber1

Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən bu tədbirdə uşaqların sevincinə şərik olub, onların əyləncəli anlarına qoşulub, qayğı və diqqətə ehtiyacı olan balalarımıza xüsusi diqqət göstərilib.

Tədbir iştirakçıları uşaqlara xoş arzularını çatdıraraq, onların hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olduğunu bir daha vurğulayıblar. Səmimi və isti ab-havada keçən bu görüş uşaqların üzündə sevinc, qəlbində ümid yaradıb.

Bu cür tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasına, onların cəmiyyətə daha yaxın olmasına və bayram sevincini doyunca yaşamasına mühüm töhfə verir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: