Xəbərlər
Gəncə Dövlət Universiteti Həmkarlar ittifaqı Komitəsi Novruz Bayramı münasibətilə universitet əməkdaşları ilə görüş keçirib.

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi bu il də öz ənənəsinə sadiq qalaraq Novruz bayramı münasibəti ilə universitet əməkdaşları ilə görüş keçirib.
Görüşdə Komitənin sədri Afaq Qasımova xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə əməkdaşları universitet rəhbərliyi və öz adından təbrik edərək, onlara cansağlığı, səadət və işlərində uğurlar, xalqımıza əmin-amanlıq arzulayıb.
Daha sonra Novruz bayramı münasibətilə Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup əməkdaşa Novruz Hədiyyəsi kartları təqdim olunub. Ali təhsil ocağının əməkdaşları onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibov və Həmkarlar ittifaqı Komitəsinin sədri Afaq Qasımovaya öz təşəkkürlərini bildiriblər.








